Nurlan Novruzov: "Əminəm ki, Elxan Məmmədov millidə oynamağımı məndən çox istəyir" MÜSAHİBƏ

00:37 - 29 May 2015

"Bombardir olmağımda onun də xüsusi rolu var"
 
Artıq Premyer Liqada 2014-15 mövsümü dünən başa çatdı. "Bakı"nın gənc hücumçusu Nurlan Novruzov 15 qolla mövsümün ənn yaxşı bombardiri seçilib.
 
Futbolçu bu mükafat və digər məslələlər haqda Sportal.az-a müsahibəsində aydınlıq gətirib:
 
- Artıq mövsüm başa çatdı və 15 qolla bombardir seçildin...
- Bu mövsümün "Bakı" üçün necə ağır keçdiyi hamıya məlumdur. Ancaq bu çətinliklərə baxmayaraq komanda hər oyunda meydana çıxıb var gücünü meydanda qoydu. Şükürlər olsun ki, əsas hədəfimə çataraq mövsümü 15 qolla bombardir kimi başa vurdum. Bu 15 qolda başda Hafiz Məmmədovdan tutmuş klubun hər bir işçisinin zəhməti var. Xüsusi ilə, hücumçularla işləyən Adnan hocaya öz təşəkkürümü bildirirəm. Hər məşqdən sonra o, məhz bizə vaxt ayrırıb fərdi şəkildə məşq keçirdi.
 
- Mükafatı alanda PFL prezidenti Ramin Musayevlə kiçik dialoqun oldu...
- Bəli, həmin anda məni təbrik etdi və bildirdi ki, mənim kimi gənc yerli futbolçunun bombardir olmağı sevindirici haldır.
 
- Bu mövsüm öz oyununla bərabər, klubun vitse-prezidenti Yaşar Seyidovla aranızda qalmaqallar baş verdi. Mətbuatda da bu barədə müxtəlif fikirlər səsləndi. 
- Mövsümün əvvəllərində ola bilsin aramızda xırda problem oldu, ancaq sonra mən səhvimi başa düşərək ondan üzr istədim. İndi aramızda heç bir problem yoxdu. hətta o, həmişə mənə dəstək olur, öz oğlu kimi məsləhətlər verir. Qeyd edim ki, bombardir olmağımda onun də xüsusi rolu var, belə ki, hər oyundan əvvəl məni öz otağına çağırıb xüsusi motivasiya verirdi.
 
- Bombardir olsan da, milli komandaya dəvət almadın...
- Hazırda ən böyük arzum milli komandanın formasını geyinməkdir. Əgər baş məşqçi məni çağırmadısa, bu qərara hörmətlə yanaşıram. Çalışacam, öz üzərimdə maksimum işləyim və milliyə dəvət alım.
 
- Elxan Məmmədovla problemlərinin olduğu da yazılırdı...
- Xeyr, onunla necə problemim ola bilər ki? O daima mənə dəstək olub. İstər 17, 19 və 21 yaşlılardan ibarət milli komandada oynayarkən mənimlə fərdi söhbətlər edib həmişə mənə mənəvi güc verirdi. İndi də, əminəm ki, Elxan Məmmədov millidə oynamağımı məndən çox istəyir. Hətta onun yanvar ayında gəlib "Bakı" ilə görüşməsi, komandaya əlavə stimul verdi.

Xəbər xətti