"Turan Tovuz"un prezidenti göndərilir, AFFA yeni prezident axtarır

11:27 - 29 May 2015

Namiq Məstənov postundan uzaqlaşdırılır
 
"Turan Tovuz"un prezidenti Namiq Məstanov postundan göndərilib.
 
Sportal.az xəbər verir ki, bu haqda "Futbol +" qəzeti məlumat yayıb.
 
Belə ki, buna səbəb Məstanovun işinin öhdəsindən layiqincə gələ bilməməsi, klubdaxili yaranan bir sıra qalmaqallardı. Məstanovunm bu qədər yerli məşqçi işsiz qala-qala əcnəbi məşqçiyə güvənməsi də AFFA-nın xoşuna gəlməyib. Ona görə də postundan kənaralşdırılıb. Artıq I Divizionun "Energetik"lə son tur matçından sonra klub prezidenti bütün komanda ilə sağollaşıb və yaxın günlərdə təhvil-təslim işləri də başa çatacaq. "Turan Tovuz"un yeni prezidentinin kim olacağına isə AFFA-dan qərar veriləcək.

Xəbər xətti