"Arena" verilişi: "Həbs olunan azarkeşə "Qarabağ" rəsmiləri böyük köməklik etdi"

13:29 - 29 May 2015

"Amma iki gündən sonra yenə oyunumuz oldu və yenə məni oyuna buraxmadılar"
 
İnterAZ telekanalında yayımlanan "Arena" verilişinin növbəti buraxılışı efirə gedib.
 
Sportal.az xəbər verir ki, Rüfət Nadirlinin təqdimatında baş tutan verilişin bu sayında "Atletiko"nun futbolçusu Amit Quluzadə və "Qarabağ"ın "Qarabağsız gənclər" azarkeş klubunun rəhbəri Xanoğlan İmanov olub. Verilişdə Amit Quluzadə Avropadakı karyerası haqqında danışarkən bunları bildirib:
 
"Məşqçi mənə dedi ki, Amid mən səndən çox razıyam. Mən necə istəyirəm ki, sən elə oynayırsan. Və mənə şans verrdi, mən də çıxıb yaxşı futbol nümayiş etdirdim. Oyundan sonra baş məşqçi soyunub-geyinmə gəldi və mənə bildirdi ki, sən göstərdin ki, Azərbaycanda futbol var və sən özünü sübüt etdin. Daha sonra prezident də məni təbrik etdi. Amma iki gündən sonra yenə oyunumuz oldu və yenə məni oyuna buraxmadılar. Həmin hadisədən sonra mən ordakı karyeramı başa vurmaq haqqında düşündüm. Nə oldu, nə olmadı bilmədim, amma bu mənim karyeramda bir təcrübə oldu".
 
Daha sonra "Qarabağ" azarkeşı Xanoğlan bəy sevimli komandası haqqında bunları deyib:
 
"Biz fəaliyyətimizi Sumqayıtda davam etdiririk. "Qarabağ"ımızı həm Sumqayıtda, həm də Bakıda dəstəkləyirik. Biz artıq fan-klub üçün ofis də açmağa hazırlaşırıq. Məqsədimiz Sumqayıtdakı azarkeşləri rahat şəkildə "Qarabağ"ın oyununa aparmaqdır. Bilet satışında da rahat yol əldə etmişik. Belə ki, biz "Qarabağ"dan öz heasbımıza bilet alıb, saytımız vasitəsi ilə azarkeşlərə paylayırıq.
 
"Biz tribunada çox böyük haqqsızlıqlarla qarşılaşırıq. Çempionluq günü bizim üzvümüz səbəbsiz yerə bölməyə aparıldı. Amma bu haqqsız bir hal oldu. Çünki, 17 yaşlı uşaq heç vaxt polisə qarşı zorakılıq edə bilməz. Buna görə, həmin uşaq bir gün bölmədə qaldı. Sağolsun klub rəhbərləri, əsas da Asif Əsgərov və Nurlan İbrahimov bu işdə bizə böyük dəstək oldu".

Xəbər xətti