"İnter"in forvardına Yunanıstandan da təklif gəldi ÖZƏL

14:33 - 29 May 2015

Sxadadze Superliqada?

 

"İnter"in forvardı Baçana Sxadadze karyerasını Yunanıstanda davam etdirə bilər.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Sxadadze növbəti mövsümdən Yunanıstan Superliqasında mübarizə aparan "OFİ Krete"nin şərəfini qoruya bilər. Belə ki, bir vaxtlar "OFİ Krete"nin qapısını qoruyan Georgi Loriya həmin kluba Sxadadzeni təklif edib. İlkin razılıq əldə olunsa da, tərəflər arasında yaxın günlərdə müqavilənin şərtləri barədə görüş təşkil olunacaq.

 

Qeyd edək ki, Baçana ilə həmçinin Türkiyə PTT 1-ci liqasında mübarizə aparan iki klub da yaxından maraqlanır.

Xəbər xətti