3 futbolçuyla müqavilə yenilənməyəcək
Bu mövsüm bürünc medalların sahibi olan "Qəbələ"də artıq islahatlar başlayıb.
Klubdan Sportal.az-a verilən məlumata görə, artıq 4 futbolçu ilə yollar ayrılacaq. Belə ki, mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq Ruslan Fomin, Bəxtiyar Soltanov və Mixayıl Sivakovla yeni müqavilə imzalanmayacaq. Müdafiəçi Ruslan Tağızadəylə isə müqavilə ləğv olunacaq. Komandanın iki ukraynalısı Dmitri Bezotosni və Aleksey Qayla yenidən 1 illik müqavilə imzalanacaq. Ötən mövsümün əksər hissəsini zədəli olan Ruslan Əmircanov da komanda qalacaq.
Millimizin üzvü Rəşad Sadıqovla müqavilə yenilənəcək. Komandanın legioneri Ekiqo Ehiosuna da yeni müqavilə təklif olunub, futbolçu fikirləşmək üçün müəyyən qədər vaxt istəsə də, əldə etdiyimiz məlumata görə, o, "Qəbələ"yə "hə" deyəcək.
saytlarin hazirlanmasi