"Kəpəz"in sabiq futbolçusu: "Gəncəli futbolçuların kənarda klub axtarması prosesinə son qoyulacaq"

19:36 - 29 May 2015

"Yetirmələrimiz "Kəpəz"in şərəfini qoruyacaq"

 

"Kəpəz"in növbəti mövsümdən Premyer Liqada çıxış edəcəy haqda xəbər vermişdik. Bu barədə "Gənc Qapıçılar" klubunun məşqçisi Xəyal Zeynalov maraqlı fikirlər səsləndirib.

 

Sportal.az-a açıqlamasında "Kəpəz"in sabiq qolkiperi gördüyü işlər barədə də məlumat verib:

 

"Hazırlıqlarımız plan üzrə davam edir. Uşaqların sayı günü-gündən artır. Hər yaşdan inandığımız ən azı 1 nəfər var ki, onların gələcəyinə böyük ümidlərimiz var. Klubumuzda yenilik kimi isə, onu qeyd edə bilərəm ki, həftədə bir dəfə olmaqla 4-5 yaşlı uşaqlarla da hazırlıq keçirik".

 

"Kəpəz"in Premyer Liqada çıxış etməyindən də söz açan sabiq qolkiper bunları qeyd edib:

 

"Kəpəz"in Premyer Liqaya vəsiqə qazanması bütün gəncəlilər kimi məni də sevindirdi. İnanıram ki, bu hadisə "Kəpəz"in əvvəlki əzəmətini geri qaytaracaq və gəncəli futbolçuların kənarda klub axtarması prosesinə son qoyulacaq. Öz klubumuzun yetirmələri də "Kəpəz"də çıxış etməyə hazırdırlar. Hazırda Gəncədə uşaq futbolunda çalışan məşqçilər hər il nəticə verən məşqçilərdir. İlham Səmədov, Ceyhun Tanrıverdiyev, İbrahim Hüseynov və Rafiq Qurbanovun adını çəkmək kifayətdir".

Xəbər xətti