İsveçdə baxışda olacaq
Xəbər verdiyimiz kimi, Premyer Liqanın 2014-2015 mövsümünün bombardiri olan "Bakı"nın futbolçusu Nurlan Novruzovun adı İsveçin "Hammarbü" klubu ilə hallanır.
Sportal.az-ın əldə etdiyi məlumata görə, 1 həftə rəzində sənədlərini həll edəcək hücumçu İsveçə yollanaraq "Hammarbü"nün düşərgəsində baxışda olacaq. Baş məşqçinin qərarından sonra isə, futbolçunun taleyinə aydınlıq gələcək.
Qeyd edək ki, mətbuatda bu keçidin yanlış məlumat olduğu deyilsə də, İsveç mətbuatı da bu transferdən yazaraq məlumatın doğruluğunu təsdiqləyib.
saytlarin hazirlanmasi