Rauf Əliyevlə başladı, Nicat Qurbanovla qurtardı

17:07 - 31 May 2015

143 oyun, 351 qol
 
 
Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turunda mövsümün 350-ci qolu vurulub.
 
Sportal.az xəbər verir ki yubiley qoluna "Neftçi”nin futbolçusu Elşən Abdullayev imza atıb. O, AZAL-la paytaxt derbisində hesabı açmaqla buna nail olub. Həmin qarşılaşmada Nicat Qurbanovun vurduğu top isə mövsümdə sonuncu olub.
 
Mövsümün ilk qolunu 2014-cü il avqustun 9-da "Xəzər Lənkəran”da çıxış edən Rauf Əliyev AZAL-ın qapısına vurmuşdusa, sonuncu topu paytaxt təmsilçisinin özü rəqib qapısından keçirib.
351 qolun vurulduğu çempionatın orta məhsuldarlığı 2,45-ə bərabər olub.
 
Bu qollardan 206-nı meydan sahibləri, 145-ni qonaqlar vurub. İlk yarıda 175, fasilədən sonra 176 qol qeydə alınıb. Meydan sahibləri hər iki hissədə üstün olub – 104:71, 102:74.

Xəbər xətti