Turan Vəlizadə hansı qərarı verəcək?
Daha əvvəl "Əlincə"nin istedadlı gənc futbolçusu Turan Vəlizadə barədə məlumat vermişdik. Onun gələn ayın əvvəlində Türkiyəyə yollanaraq "Fənərbağça" ilə müqavilə imzalayacağından artıq xəbərdarsınız.
Sportal.az sportlife.az-a istinadən xəbər verir ki, 14 yaşlı yarımmüdafiəçinin oyununu sadəcə "Fənərbağça" yox, Türkiyə Futbol Federasiyasının rəsmiləri də bəyənib. Belə ki, Türkiyə milli komandalar üzrə baş meneceri Ülkər Doğan Vəlizadə ilə əlaqə saxlayıb. Ona Türkiyə vətəndaşlığı qəbul etmək və Türkiyə millisində oynamaq təklif edilib. Gənc futbolçunun bu təklifə nə cavab verəcəyi isə hələ ki, bəlli deyil.
saytlarin hazirlanmasi