"Simurq"a texniki məğlubiyyət verilib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az хəbər verir ki, komitə üzvləri Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında çempionatın sonuncu - XXXVI turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verib.
"Neftçi" - AZAL matçınba meydan sahiblərindən Orxan Lalayev 55-ci, qonaqlardan Əziz Quliyev 75-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Hər iki futbolçu 1 oyun cəzalandırılıb, klubları 200 manat cərimə edilib.
"Simurq"un əvəzedici komandası "Xəzər Lənkəran"la səfər oyununa getmədiyindən kluba 0:3 hesablı teхniki məğlubiyyət verilib və 2500 manat cərimlənib.
"İnter" isə "Sumqayıt"la oyunda 6 fxutbolçusu sarı vərəqə aldığından 500 manat cərimə olunub
saytlarin hazirlanmasi