Azad Rəhimov da təəssüflənir
Dünyanın ən ünlü futbolçularından olan Zlatan İbrahimoviçin Azərbaycana səfəri ölkəmiz adına xoş bir gözlənilməzlik oldu. Onun gəlişi ilə bağlı xəbərlər medianın gündəmini zəbt elədi. Müxtəlif versiyalar səsləndi. Zlatanın buralarda ov etmək arzusundan da yazıldı, qolf oynamaq istəyindən də.
İbrahimoviç yaxın 1 həftə ərzində Azərbaycanın gözəl güşələrini gəzəcək. Şamaxı, Qəbələ... Dünya futbolunun uzduzu ölkəmizə qaydasız döyüşlərdəki çıxışları ilə tanıdığımız Faiq Babanlının dəvəti ilə gəlib. Çox əla. Belə bir tanınmış adamın ölkəmizə gəlişi bizlər üçün çox xoşdur. Amma...
Başqa vaxt olsaydı, İbrahimoviçin burada nəinki ov etmək, qolf oynamaq, hətta at çapmasında da qeyri-adi heç nə olmazdı. Ancaq Avropa Oyunları ərəfəsində onun ölkəmizə gəlməsi və “Bakı 2015”-ə laqeyd münasibət göstərməsi Gənclər və İdman naziri Azad Rəhimovu da üzüb. Report.az-a açıqlama verən nazir PSJ və İsveç millisində çıxış edən futbolçunun indiyədək BEGOC-da olmamasından təəssüfləndiyini deyib. Azad Rəhimovun məyusluğunu anlamaq çətin deyil. Axı, Zlatan İbrahimoviç I Avropa Oyunlarında iştirak edəcək idmançıların az qala hamısından daha tanınmış simadı.
Şəxsi dəvətlə gələn İbrahimoviçin “Bakı-2015”-ə də baş çəkməsi labüd idi. Zlatanı ölkəmizə dəvət eləyənlər bunu ona anlatmalı idilər. Axı, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsindən məmnun olmayanlar bundan da yararlana bilərlər. Sabah bizi sevməyən ölkələrin mətbuatında “Zlatan İbrahimoviç “Bakı-2015”-i tanımır”, “Ulduz futbolçudan I Avropa Oyunlarına laqeyd münasibət” və s. başlıqlı xəbərlər görsəz, təəccüblənməyin. İstəmədən də olsa, buna zəmin yaratmış oldu İbrahimoviçi bura gətirənlər.
Sportal.az
saytlarin hazirlanmasi