Daha bir futbolçumuz Türkiyə yolunda ÖZƏL

15:16 - 2 İyun 2015

9 oyunluq cəza aldı və...

 

"Simurq"un qolkiperi Amil Ağacanovun Premyer Liqanın 35-ci turunda keçirilən AZAL-la matçda hakimi təhqir etdiyinə görə 9 oyunluq cəza alması xəbərini vermişdik.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, bu cəzadan sonra ölkəmizdə özünə klub tapmaqda çətinlik çəkən Ağacanov Türkiyə PTT 1-ci Liqasına üz tutmaq niyyətindədi. Artıq futbolçunun meneceri bir neçə klubla danışıqlar aparır.

 

Qeyd edək ki, qolkiperin özü də əməkdaşımızla söhbətində bu xəbəri təsdiqləyib.

Xəbər xətti