"Sabah isə kuboku almaq istəyirik"
Sabah Azərbaycan kubokunun finalında “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, oyundan öncə komandaların mətbuat konfransı keçirilib.
Əvvəlcə mətbuat nümayəndələri önünə “Neftçi”nin baş məşqçisi Arif Əsədov çıxıb. O, final oyunu barədə fikirlərini bildirib: “Hamınızı salamlayıram. Öncə veteranlar arasındakı oyundan danışmaq istəyirəm. 19 il əvvələ qayıtdım. Təşkilatçılara təşəkkür edirəm. Sabahkı oiyuna gəlincə, “Neftçi” iddialı komandadır. Çempionatda minumuçm vəzifənin öhdəsindən gələ bildik. Sabah isə kuboku almaq istəyirik. Məşqçi və futbolçu heyəti buna hazırlaşıb. Rəqibimiz də asan komanda deyil. Çempion olan rəqibə qarşı oynayacağıq. Onların sabit komandası var. Məsuliyyəti dərk edib qələbə qazanmaq istəyirik”.
“Məğlub olacağınız təqdirdə komandada qalacaqsınız” sualına isə Əsədovun yerinə mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə cavab verib. O bu cür sualları cavablamaqdan imtina etdiklərini bildirib: “Bu cür sualları cavablamaq istəmirik. Buna oyundan sonra aydınlıq gətirərik”.
“”Neftçi” meydanda birinci yoxsa, ikinci “skirpka” olacaq sualına” maraqlı münasibət bildirib: “Hər ikisindən olmağa çalışacağıq”.
Paytaxt klubunun çalışdırıcısı “Qarabağ”ın çempion olmasının onları qorxutmadığını deyib: “Rəqibin çempion olması bizim məsuliyyətimzi artırıb”.
Əsədov Araz Abdullayevin durumuna da aydınlıq gətirib: “Araz dünən bizimlə məşq edib. Sabahkı oyunda meydana çıxa biləcək”.
Heyətlə bağlı isə məşqçi bunları bildirib: “Heyəti müəyyənləşdirmişəm. Amma bunu indi sizə deyə bilmərəm”.
saytlarin hazirlanmasi