"Sadəcə yaxşı oyun göstərmək üçün meydanda olacağıq"
Sabah Azərbaycan kubokunun finalında “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, oyundan öncə komandaların mətbuat konfransı keçirilib. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini təqdim edirik:
"Hamımız maraqlı oyunun şahidi olacığıq. Həlledici oyunda qələbə qazanmaq istəyirik. Hər iki komanda istəklidir, amma təəssüf ki, bir qalib olur.
- 19 ildən əvvəl "Qarabağ" kubokun finalında "Neftçi"yə məğlub olmuşdunuz. Revanş ala biləcəksiniz?
- 19 il əvvəl tam başqa dövr ii, o zaman başqa futbol oynanılırdı, indi başqa. Revanş almaq haqda düşünmürük. Sadəcə yaxşı oyun göstərmək üçün meydanda olacağıq.
- Heyəti müəyyən etmisiniz?
- Bəli, elə sizin gözlədiyiniz heyət olacaq.
- Flavinyonun bir neçə gün öncə "Qarabağ"la oyunu buraxacağı açıqlandı. Bu, heyətdə dəyişiklik etməyə səbəb oldu?
- Xeyr, taktikada heç bir dəyişiklik olmadı. Rəqibin heyətində daha təhlükəli futbolçular var. İstəyərdim ki, rəqib belə oyunlarda tam heyətlə oynasın. Hətta cəzalı futbolçular da meydanda olmasın.
- Bu həftə məşqlərdə penaltilər üzərində çalışdınız?
- Bir nəfərə penaltilər üzərində məşq elətdirdim.
- Çempionatın zəif keçməsi "Qarabağ"a ÇL-dəki çıxışına təsir edəcək?
- Hər il çempionat çox çətin keçir. Sadəcə bu mövsümdə yanvardan bu tərəfə futbolçularımızın sayı az oldu. Avroliqada dekabr ayına kimi oynamağımız bizə xeyir verdi. Bələ komandalarda legioner futbolçularının sayı az olması bir az oyunları zəiflətdi. hər bir komandada bir legioner artıq olsa, çətin oyunların sayı daha çox olar.
- Bu gün Muarem Muaremin "Eskişehirspor"la razılaşdığı deyilir..
- Müqaviləsi bitən futbolçularla danışıqlara getməmişik, çempionatın sonları çətin keçdiyi üçün bütün fikirimizi oyunlara vermişdik. Sabahkı oyundan sonra kimlərin komandadan gedəcəyi məlum olacaq.
saytlarin hazirlanmasi