AZAL-da BİABIRÇILIQ: Legionerlərin maaşları verildi, yerli futbolçulara isə pul yoxdur ÖZƏL

00:37 - 3 İyun 2015

Xarici futbolçular ölkələrinə yollanıb
 
Bir neçə klubdan sonra artıq AZAL-da da maliyyə problemləri yaşanır. Belə ki, komandada son 3 ayın maaşı verilməyib.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, iki gün öncə klubun bazasında komandanın legioner futbolçularının bütün maaşları ödənilib. Yerli futbolçulara gəldikdə isə, hər futbolçuya cəmi 700 - 1000 dollar miqdarında pul ödənilib. Futbolçulara "hələlik pul yoxdur, özümüz sizə xəbər verəcəyik"  mesajı da verilib.

Xəbər xətti