Finalda baxımlı an
“Qarabağ” kubokun finalında “Neftçi”ni 3:1 hesabı ilə məğlub etməklə mövsümü “qızıl dubl”la başa vurdu. Final oyunu “Qarabağ”ın tam üstünlüyü ilə keçdi.
Oyunun qəhrəmanı Reynaldo oldu. İki qol vurdu, bir məhsuldar ötürmə etdi. Braziliyalının hər iki qolu baxımlı alındı. Ancaq oyunun ən baxımlı anı onun vurduğu qollar yox, matçın sonlarında etdiyi hərəkət oldu. Sol cinahda ötürməni qəbul eləyən Reynaldo topun yerə düşməsinə imkan vermir və topu çiləyə-çiləyə sürətlə cərimə meydançasına daxil olur. Bu epizodda qol olmur, ancaq bu an “Qarabağ”ın qələbəsinə xüsusi zövq verir. Azərbaycanda çıxış eləyən braziliyalı futbolçu bizlərə “klass” göstərir.
Reynaldonun finalda göstərdiyi performans bir daha onun səviyyəsindən xəbər verdi. Təsadüfü deyil ki, “Ayntraxt”, “Zalsburq” kimi klublar bu futbolçunun ovuna düşüb.
Qeyd: Bu görüntü "Futbolpress.az" saytı tərəfindən yerləşdirilib.
saytlarin hazirlanmasi