Arif Əsədov: "Komanda güclənməlidi"

00:24 - 4 İyun 2015

"Bürünc medalı kuboka qurban verdik"

 

Azərbaycan Kubokunun final mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" (3:1) matçından sonra "flaqman"ın baş məşqçisi Arif Əsədov məğlubiyyətdən  danışıb.

 

Sportal.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Əsədov bunları qeyd edib:

 

"Düşünürəm ki, gözəl bir futbol bayramı oldu. Bu gün bir daha sübut olundu ki, qalib gəlmək üçün gərək əlinin altında  2 bərabər səviyyəli heyət olsun. Ehtiyat heyətə ehtiyac var. Qırmızı vərəqələr zədələr bizə çox mane oldu. Qarşıda Avroliqa oyunları gəlir. Komanda güclənməlidi. Klubla hələ 1 illik müqavilə var. Rəhbərlik nə qərar versə, o da olacaq. Razıyam ki, bürünc medalı kuboka qurban verdik. Müdafiədə çox əziyyətlər çəkirik. Müqaviləsi başa çatan futbolçularla danışıqlar aparılacaq".

Xəbər xətti