"Neftçi"nin qolkiperi: "Bu oyunla Avropada nəyəsə ümid etmək olmaz"

00:50 - 4 İyun 2015

"Qarabağ" qələbəyə layiq idi

 

Azərbaycan Kubokunun final mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" (3:1) matçından sonra "flaqman"ın qolkiperi Aqil Məmmədov maraqlı fikirlər səsləndirib.

 

Sportal.az-a açıqlamasında Məmmədov bunları qeyd edib:

 

"Qarabağ" çempion idi və çempion kimi çıxış edib qələbəyə layiq olduğunu sübut etdi. Bizə gəlincə isə, bu oyunla Avropada nəyəsə ümid eməsək də, dəyişiklər olandan sonra inanıram ki, hər şey yaxşı olacaq. Təbii ki, bu mövsüm istədiyimiz nəticələri qazana bilmədik. Lakin növbəti mövsümə iddialarımız böyükdü".

Xəbər xətti