"Neftçi" üçün çox şeylər edib"
Xəbər verdiyimiz kimi, "Neftçi"nin qolkiperi Saşa Stamenkoviç klubla olan yollarını ayırıb. Dünən ölkəmizi tərk edən Saşanı yola salmağa isə, "Simurq"un qapıçısı Amil Ağacanov gəlib.
Bu barədə Sportal.az-a danışan Ağacanov bunları qeyd edib:
"Saşa təzə gələndə onunla tanış olmuşdum. Çox yaxın dost olduq. Təmiz ürəyi var. İstəməzdim getsin. Amma neynəmək olar, inanıram ki özünə iddiası olan bir klub tapacaq. Yola salmağa məndən başqa heç kimin gəlməməsi haqda onu deyə bilərəm ki, ən azından "Neftçi" azarkeşləri gələrdi. Çünki, Saşa "Neftçi" üçün çox şeylər edib".
saytlarin hazirlanmasi