"Bankirlər" sabiq futbolçusunu geri qaytarır
Bir neçə gündür ki, transfer çalışmalarına start verən "İnter" bu dəfə sabiq futbolçusunu geri qaytarır.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, "Sumqayıt"ın futbolçusu Cəmil Hacıyevə artıq "İnter"dən rəsmi təklif gəlib. Futbolçunun özü də bu komandaya qayıtmaq istəyir. Keçidin reallaşması ləngidən yeganə səbəb isə Hacıyevin "Sumqayıt"la 1 illik müqaviləsinin olmasıdır. Əgər tərəflər razılığa gələrsə, müdafiəçi növbəti mövsümü sabiq komandası "İnter"də keçirəcək.
saytlarin hazirlanmasi