Sabah müqavilə imzalanır
Premyer-Liqaya yeni vəsiqə qazanan “Zirə” heyətini gücləndirməkdə davam edir.
Sportal.az rekord.az-a istinadən xəbər verir ki, komanda daha bir transferlə iddialı durumda olmaq niyyətini ortaya qoyub.
Etibarlı mənbədən saytımıza verilən məlumata görə, “ağ-göylər” ötən mövsümü “Sumqayıt”da keçirmiş yarımmüdafiəçi Tərzin Cahangirovu heyətinə qatıb. Müqavilə ilə “Qəbələ”yə məxsus olan futbolçu, “Gənclik şəhəri”ndə icarə əsasında çıxış etmişdi.
23 yaşlı oyunçu “Zirə” ilə də eyni şərtlərlə razılaşıb. Tərzinlə sabah müqavilə bağlanacaq və o, bir il müddətində icarə əsasında bu klubun şərəfini qoruyacaq.
Transferin hekayəsi də maraqlıdı. “Zirə” ilə danışan Cahangirovla əsasən AZAL maraqlanırdı. Hətta onların arasında danışıq olmuş, şifahi razılıq da əldə edilmişdi. Ancaq çətin günlərini yaşayan klubda qeyri-müəyyənlik hökm sürdüyündən, futbolçu daha etibarlı yerdə oynamaq istəyib. Bu məqsədlə o AZAL rəhbərliyi ilə danışaraq, onlardan “Zirə”yə getmək üçün halallıq istəyib. “Təyyarəçilər” onun xahişini yerə salmayıb.
saytlarin hazirlanmasi