Futbolçumuz "Antalyaspor"a keçə bilər
Millimizin futbolçusu Mahir Şükürov "Karşıyaka"dan ayrıldıqdan sonra hələ də klubsuzdur.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, hazırda istirahət edən Şükürov karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Belə ki, "Karşıyaka"ya keçidində böyük rol oynamış baş məşqçi Yusuf Şimşək futbolçumuzu hazırda çalışdırdığı "Antalyaspor"a transfer etmək istəyir. Artıq baş məşqçi ilə futbolçumuz arasında ilkin danışıqlar baş tutub. Şimşək yaxın zamanda transfer siyahısını klub rəhbərliyinə təqdim edəcək və bu transfer siyahısında Mahir Şükürovun da adı olacağı istisna deyil.
saytlarin hazirlanmasi