"Oyunu təhlil etməli olsaq, birinci hissədən razı qaldım"
AVRO-2016 çərçivəsində Norveç millisi ilə oyuna hazırlaşan yığma komandamız Serbiya ilə yoldaşlıq oyunu keçirib. Sportal.az xəbər verir ki, 1:4 hesabı ilə məğlub olduğumuz oyundan sonra millimizin baş məşqçisi Robert Prosineçki AFFA-nın rəsmi saytına görüş barədə fikirlərini bildirib:
“Hesab edirəm ki, yaxşı sınaq oyunu oldu. Birinci hissədə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirə bildik. Amma Serbiya millisinin üzvlərinin əksəriyyətinin Avropanın aparıcı klublarında çıxış etməsi nəticəyə təsirini göstərdi. Fərdi ustalıq öz sözünü dedi; qolların birini standart vəziyyətdən – künc zərbəsindən, ikisini isə uzaq məsafədən vurulmuş zərbələrdən sonra buraxdıq.
Ümumilikdə, oyunu təhlil etməli olsaq, birinci hissədən razı qaldım. Serbiya millisi kimi komandalarla başabaş mübarizə apara bilmək üçün çox çalışmalıyıq. Toplanışın gedişindən razıyam. Norveç yığması ilə oyuna daha böyük motivasiya və istəklə hazırlaşmalıyıq. Buna nail olsaq, rəqibimizlə eyni səviyyədə oynaya bilərik”.
saytlarin hazirlanmasi