Onlara əvvəlkindən daha az məbləğ təklif olunub
Mövsümü “qızıl dubl”la başa vuran “Qarabağ” növbəti mövsüm üçün heyətini komplektləşdirir. Sportal.az-ın əldə etdiyi məlumata görə, Qurban Qurbanov müqaviləsi bitən 5 futbolçunun heyətdə saxlanılması ilə bağlı qərar verib.
Admir Teli, Vüqar Nadirov, İlqar Qurbanov, Namiq Yusifov və Hacı Əhmədov Qurban Qurbanovun “Qarabağ”da saxlamaq istədiyi futbolçulardır. Lakin mövcud maliyyə durumu ilə əlaqədar bu futbolçulara əvvəl aldıqlarından daha az məbləğdə maaş təklif olunub.
Qeyd edək ki, bu futbolçular yaxın günlərdə öz qərarlarını açıqlamalıdırlar.
saytlarin hazirlanmasi