Alban futbolçu yeni müqavilə imzaladı
Transfer çalışmalarını davam etdirən “Qarabağ” Ansi Aqollini heyətdə saxlamağa qərar verib. Sportal.az-ın əldə etdiyi məlumata görə, onunla bir illik müqavilə imzalanıb. Yaxın günlərdə bu anlaşma barədə rəsmi məlumat veriləcək.
Qurban Qurbanovun bu futbolçunun xidmətində maraqlı olmasına səbəb Aqollinin sabit çıxışıyla əlaqədardır. Sol cinah müdafiəçisi “Qarabağ”da oynadığı bu illər ərzində futbol rejiminə nəzarət bacarığı, oyun formasını qorumaq qabiliyyəti ilə seçilib.
Qeyd edək ki, Aqollinin həmvətəni Admir Teli ilə bağlı məsələyə yaxın günlərdə aydınlıq gələcək. Qurban Qurbanov onu da komandada saxlamaq istəyir.
saytlarin hazirlanmasi