Futbolçu icarə əsasında çıxış edəcək
"Qarabağ"ın gənc müdafiəçisi Şəhriyar Əliyev növbəti mövsümü "Kəpəz"də keçirəcək.
Sportal.az xəbər verir ki, Ağdam klubu ilə daha iki illik müqaviləsi olan müdafiəçi icarə əsasında Gəncə təmsilçisində çıxış edəcək. Artıq Şahin Diniyev bu məsələdə həm futbolçu, həm də Ağdam klubu ilə razılığa gəlib. Əliyev əməkdaşımızla söhbətində də bu xəbəri təsdiqləyib.
saytlarin hazirlanmasi