Ramin Musayev əsəbiləşdi, 4 operatoru işdən çıxardı ÖZƏL

16:21 - 9 İyun 2015

PFL prezidentini nə qəzəbləndirib?
 
Qəbələdə baş tutan "Qarabağ" - "Neftçi" matçından öncə maraqlı hadisə baş verib.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, PFL prezidenti Ramin Musayev və qurumun operatorları eyni saatda paytaxtı tərk edərək Qəbələyə yollanmalı imişlər. Qurum prezidenti Bakını tərk etdikdən bir neçə saat sonra operatorlarla əlaqə saxlayaraq harda olduqlarını öyrənib. Operatorlar isə paytaxtda tıxaca "ilişdiklərini" və bu səbəbə görə gecikdiklərini bildirib. Bundan qəzəblənən Musayev operatorlara "lazım deyil, gəlməyin" deyib. Kubokdan dərhal sonra Bakıya qayıdan Musayev həmin operatorlara ərizələrini yazıb işdən azad olunduqlarını bildirib. 

Xəbər xətti