Subaşiç Gəncə təmsilçisinə keçməyə yaxındır
Millimizin sabiq üzvü Branimir Subaşiç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Subaşiç artıq "Kəpəz"lə razılığa gəlib. Transfer reallaşmasına əngəl olan yeganə səbəb forvardın Türkiyə klubu "Manisaspor"la müqaviləsinin olmasıdır vəonun transfer vərəqəsi hazırda Türkiyə klubundadır. Lakin "Manisaspor"un forvarda bir neçə aylıq maaşının gecikdirdiyi üçün forvard artıq Türkiyə Futbol Federasiyasına öz şikayətini ünvanlayıb.
Yaxın günlərdə Subaşiçin transfer vərəqəsi alacağı və "Kəpəz"lə 1 illik müqavilə imzalayacağı gözlənilir.
saytlarin hazirlanmasi