Futbolçu ilə iki illik müqavilə imzalanıb
Ukrayna millisinin üzvü Vitali Vernidub ölkəmizdə oynayacaq.
Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "Qəbələ" ilə müqavilə imzalayıb. Roman Qriqarçukun şəxsən komandada görmək istədiyi oyunçu ilə 1+1 şərtilə müqavilə imzalanıb. Aldığımız məlumata görə, Vernidub Ukraynadan birbaşa Türkiyəyə yollanacaq və "Qəbələ"nin məşqlərinə qoşulacaq.
Zaporojye "Metallurq"unun yetirməsi olan mərkəz müdafiəçisi "Zarya"dan savayı "Krivbass" forması da geyinib. Ukrayanın 21 yaşlılardan ibarət yığma komandasında da forma geyinmiş müdafiəçi 2014-cü ildə əsas millidə debüt edib.
saytlarin hazirlanmasi