"İllər öncə Rəşad Sadıqovun məşqlərini kənardan izləyib məşqin qurtarmağını gözləyirdim ki, onunla şəkil çəkdirim"
Bu gün Azərbaycan futboluna aid tarixi bir foto əldə etdik.
Sportal.az xəbər verir ki, tarixi fotoda əks olunan millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və onun sağ tərəfində dayanan isə Premyer Liqada ötən mövsümün bombardiri və "Bakı"nın kapitanı Nurlan Novruzovdur. Nurlan Novruzov bu tarixi anlara saytımıza açıqlamasında şərh verib:
"22 yaşımda komandanı kapitan kimi meydana çıxarmaq əlbət ki,insanda özünə inam hissini artırır. Bu il "Qarabağ"la oyunda komandamı kapitan kimi meydana çıxaranda xüsusi hisslər keçirdim. Buna səbəb illər öncə "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun məşqlərini kənardan izləyib məşqin qurtarmağını gözləyirdim ki, onunla şəkil çəkdirim. Bu gün Rəşadla rəqib komandada kapitan kimi görüşmək çox gözəl hislərdir. İndi isə xəyallarımın futbolçuları ilə Avropa arenalarında rəqib olmaq istəyirəm".
saytlarin hazirlanmasi