"Mənim komandam göstərib ki, yüksək səviyyədə futbol oynaya bilər"
"8 gündü bir yerdəyik. "Qarabağ" və "Neftçi"nin futbolçuları gec qoşuldular. Hazırlıqdan razıyam. Rəqibdən qorxmuruq. Əsas odu ki, zədəli futbolçumuz yoxdu".
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimiz sabah Norveçin qonağı olacaq. Bu görüşdən öncə Prosineçki mətbuat konfransı keçirib.
O bildirib ki, Oslodan yaxşı nəticə ilə qayıtmağa çalışacaqlar: "Çıxıb öz oyunumuzu göstərəcəyik. Burdan yaxşı nəticə ilə qayıdacağımza hazıram".
- Serbiya kimi, Norveç də atletik oyun oynayır. Bunun qarşısını almaq üçün hansı plan qurmusuz?
- Həmin görüşdən sonra komanda ilə oyunu analiz etdik. Səhvlərin üzərində işlədik. Bilirəm ki, Norveç də standart vəziyyətlərdən yaxşı oynayır, boyda da bizdən üstündülər. Ancaq belə məqamlarda fərdi düzgün oynasaq, konsentrasiyanı itirməsək, yaxşı olacaq. Mən Serbiya ilə matçda komandamdan razı qaldım. Həmin oyunda birinci hissədə göstərdiyimiz oyunu sabah da sərgiləməyə çalışacağıq.
- Prosineçkinin təyinatından sonra millimiz uzaq məsafədən zərbələrə daha çox üstünlük verir. Demək olar ki, sabahkı oyunda komandanın əsas qol ümidi Dmitri Nazarov olacaq?
- Dima son oyunlarda vacib qollar vurub. Malta ilə matçda sonradan girdi oyuna, qol vurdu. Serbiya ilə matçda da bunu təkrarladı. Klubunun heyətindəki son 2 oyununu izlədim. Ümid edirəm ki, sabah da şansı olacaq. Əsas kimin qol vurması önəmli deyil. Mənim komandam göstərib ki, yüksək səviyyədə futbol oynaya bilər.
- Start heyətini açıqlaya bilərsizmi?
- Yəqin ki, Norveç də bizi izləyib, necə ki bizlər də onları izləmişik. Heyətdə müəyyən dəyişiklər ola bilər. Onlar bizim oyunlatra baxıblar, biz də onların. Heyət belədi: Kamran, Rəşad, Bədavi, Maksim, Arif, Qara, Rahid, Cavid, Əfran, Ruslan Qurbanov, Dmitri Nazarov.
- Martin Edeqora xüsusi diqqət olacaqmı? Ümumiyyətlə, rəqibin heyətində hansı oyunçuları fərqləndirə bilərsiz?
- Rəqib zəif deyil. Heyətində yaxşı oyunçular var. Almaniyada, "Seltik"də oynayanlar var. Edeqorun 17 yaşı var, Madrid "Real"ı onu elə-belə almayıb. Amma biz ancaq onu yox, başqa futbolçuları da diqqətdə saxlamalıyıq.
Apasport.az
saytlarin hazirlanmasi