"Stromsgodset"dən futbolçumuza təklif
Millimizin futbolçusu Əfran İsmayılov Norveç klubundan təklif alıb.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, İsmayılovu Norveçin "Stromsgodset" bəyənib. Klub rəsmiləri bu gün futbolçuya rəsmi təklif göndərib və yaxın günlərdə israrla İsmayılovu komandada görmək istəyir. Klub rəsmilərinin futbolçumuza qısa müddətdə heyətinə qatmaq istəməsinin səbəbi isə, hazırda Norveç çempionatının davam etməsidir.
Xatırladaq ki, Əfran İsmayılov millimizin Norveçlə səfər oyununda meydanda ən yaxşılardan idi.
Qeyd edək ki, "İnter"dən ayrılan İsmayılovla Türkiyə klubları da yaxından maraqlanır, futbolçu da öz açıqlamalarında karyerasını ölkə xaricində davam etdirmək istədiyini bildirib.
Qeyd edək ki. "Stromsgodset" 2012-13 mövsümündə Norveç çempionu adını qazanıb.
saytlarin hazirlanmasi