Qızıl medal qazanan idmançımız əməliyyat olunur ÖZƏL

11:13 - 16 İyun 2015

Zədəli ola-ola döyüşə çıxıb

 

Xəbər verdiyimiz kimi, I Avropa Oyunlarında Karatenin kumite növündə 84 kq çəki dərəcəsində bütün rəqiblərini mübarizədən kənarlaşdıran Ayxan Mamayev həlledici qarşılaşmada yunanıstanlı Mixail Geordios Tzanosdan güclü olaraq qızıl mükafata sahib olub.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Mamayev bu gün əməliyyat olunacaq. Onun almacıq sümüyündə zədə olduğu bildirilir. 

 

Qeyd edək ki, qızıl medalçımız döyüşlərə zədəli ola-ola çıxsa da, çətin vəzifənin öhdəsindən gələ bilib.

Xəbər xətti