"Qarabağ" daha 2 futbolçu ilə yollarını ayırdı ÖZƏL

00:01 - 17 İyun 2015

Hacı Əhmədov və Tural İsgəndərovla razılıq əldə olumadı

 

Premyer Liqanın son çempionu "Qarabağ" daha 2 futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, ölkə kubokunun final matçından sonra klubla Hacı Əhmədov və Tural İsgəndərov arasında söhbət olub və onlara deyilib ki, hər iki futbolçunun klubla anlaşması uzadılmayacaq. Avstriyaya təlim-məşq toplanışına gedəcək heyətdə də Əhmədov və İsgəndərovun yer almamaması bu xəbəri təsdiq edir. 

 

Qeyd edək ki, daha öncə  Muarem Muarem, Vüqar Nadirov, Leroy Corc kimi futbolçular da "Qarabağ"dan ayrılıb.

Xəbər xətti