Kamran Ağayevi yanında görmək istəyən baş məşqçi rəsmən "Karşıyaka"da FOTO

01:21 - 18 İyun 2015

Cüneyt Dumlupınar rəsmən iki illik müqavilə imzalayıb
 
Dünən millimizin qolkiperi Kamran Ağayevin Türkiyə PTT I Liqa təmsilçisi "Karşıyaka"nın hədəfində olduğu barədə özəl məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, məhz bu xəbərin əsas səbəbi rəsmən bəlli olub. Belə ki, "Kayserispor"un sabiq baş məşqçisi Cüneyt Dumlupınar bir neçə saat əvvəl "Karşıyaka" ilə rəsmi iki illik müqavilə imzalayıb. Və o, köhnə komandasındakı məşqçilər heyəti ilə yeni komandasında çalışacaq.
 
Xatırladaq ki. Kamran Ağayev "Kayserispor"a məhz Cüneyt Dumlupınarın baş məşqçi olduğu zaman transfer olunmuşdu və öz oyunu ilə baş məşqçinin güvənini qazanmışdı.
 

Xəbər xətti