"Kəpəz"ə xidmət etmək şərəf olar"
Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz"də yeni təyinat rəsmiləşib.
Sportal.az xəbər verir ki, jurnalist Azad Mustafayev Gəncə klubunun mətbuat xidmətinin rəhbəri təyin olunub. Bu barədə Mustafayev özü sosial şəbəkədə məlumat verib:
"Ölkəmizdə ilk Avropa oyunlarının keçirildiyi, idmançılarımızın uğurları sıraladığı vaxtda özüm üçün daha bir sevindirici xəbər aldım. Bu gün səhər saatlarında "Kəpəz" Peşəkar Futbol Klubunun rəhbərliyi mənimlə görüşmək istəyində olduğunu bildirib, şəhər stadionuna dəvət etdi. Müşahidə Şurasının üzvləri və klubun icraçı-direktoru Mehman Allahverdiyev Gəncə futboluna yaxından bələd olan, 15 ilə yaxındı ki, "Kəpəz"dən yazan, çəkib göstərən bir jurnalist kimi əməkdaşlıq etməyi təklif etdi. Daha doğrusu, rəhbərlik məni klubun mətbuat xitmətinin rəhbəri vəzifəsində gördüyünü bildirib, mövqeyimi öyrəndi. ""Arzuların komandası" olan "Kəpəz"ə xidmət etmək şərəf olar" deyib, dəvəti qəbul etdim. Artıq təyinatım təxminən 1 saat öncə rəsmiləşib. Bundan sonra "sarı-göylər"in mətbuat katibi kimi xidmətinizdəyəm.
Klubla bağlı xəbərləri hələlik saytımız olmadığı üçün şəxsi facebook səhifəmdən və klubun rəsmi facebook səhifəsindən sizinlə paylaşacam. Nəzərə almağınızı xahiş edirəm. Onu da əlavə edim ki, klubun saytının yaradılması yönündə artıq işlərə başlanılıb".
saytlarin hazirlanmasi