Hər üçü Fransa çempiinatındandı
Vüqar Nadirov, Rəşad Eyyubov kimi futbolçuları heyətinə qatan "Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir.
Sportal.az idmanxeber.com-a istinadən xəbər verir ki, növbəti mövsümə iddialı komanda qurmağı planlaşdıran Cənub təmsilçisinin rəsmilərinin Afrikada bəyəndiyi 4 futbolçudan 3-nün adı məlum olub.
Beləliklə, "ağ-yaşıllar" malili 3 futbolçunu heyətinə qatmağa çalışır. Yunis Hüseynovun Malidə bəyəndiyi 3 futbolçu aşağıdakılardı.
Ousmane Kolibali: Son klubu Yunanıstan "Platanias"ı olub. O, 1.83 sm. boya malik müdafiəçi son klubunda 18 matçda meydana çıxıb, 2 qol vurub. 25 yaşlı müdafiəçi 12 dəfə Mali millisinin formasını da geyinib. O, 2008-2009-cu illərdə Fransanın "Genqam", 2009-2014-cü illərdə "Brest" komandalarında çıxış edib.
Fanta-Mady Diarra: Son klubu Fransanın "Oser" komandası olub. 23 yaşlı futbolçu müəyyən dövrlərdə Fransanın "Renn", "İstr" klublarının da şərəfini qoruyub. Mali millisində 11 oyuna çıxan yarımmüdafiəçi 2 qola imza atıb.
Birama Ture: 23 yaşlı müdafiəyə meyilli yarımmüdafiəçinin son iş yeri Fransanın "Brest" klubu olub. Müqavilə ilə yüksək liqa komandası "Nant"a məxsus olan Ture icarə əsasında "Brest"də çıxış edib. O, "Nant"da əvəzedici heyətdə top qovub. "Brest" formasında 22 matça çıxan futbolçu 1 qola imza atıb. Mali millisində isə 4 dəfə forma geyinib.
saytlarin hazirlanmasi