Sportal.az-ın daha bir xəbəri təsdiqləndi: Ruslan Abışov rəsmən "Qəbələ"dən ayrıldı

16:00 - 19 İyun 2015

"Bu gün rəsmən Ruslanla vidalaşdıq"

 

Millinin yarımmüdafiəçisi Ruslan Abışov bu gün "Qəbələ"ylə rəsmən yollarını ayırıb. 

 

Sportal.az xəbər verir ki, Ruslan bu qərara klubun baş məşqçisi Roman Qriqorçukla söhbətdən sonra gəlib. Klub onun çıxış etdiyi mövqeyə güclü legionerlər gətirəcəyini bildirib, Ruslan əsas heyətdə ona daimi yer olmayacağını anlayıb və "Qəbələ"dən getmək qərarına gəlib.

 

Bu barədə "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "atv.az" saytına açıqlama verib: 

 

"Bircə onu deyə bilərəm ki, bu gün rəsmən Ruslanla vidalaşdıq. Onun hansı klubla müqavilə bağlayacağını bilmirəm".

 

Əlavə edək ki, bu barədə ilk xəbəri Sportal.az paylaşmışdı.http://sportal.az/?goal=news&id=55637

Xəbər xətti