"...Prosineçki mənə güvənir"
Əsas və U-21 millimizin üzvü, "Qarabağ"ın yeni transferi Coşqun Diniyev Sportal.az-ın suallarını cavablandırıb:
- Başlayaq Norveçdə qazanılan 1 xaldan. Oyunda olmasan da, səncə qələbə qazanmaq olardı?
- 90 dəqiqə ərzində hər şey ola bilərdi. Həm onlar həm biz qələbə qazana bilərdik. Bunun üçün hər iki komandanın da şansları oldu. Lakin düşünürəm ki, həmin gün üçün ədalətli nəticə qeydə alındı.
- Prosineçkinin oyundan sonra komanda ilə hər hansı bir söhbəti oldu?
- Hər bir oyunçuya öz təşəkkürünü bildirdi yaxşı oyun üçün. Çətin səfərdən xalla döndüyümüz üçün oyundan da razı qaldığını bildirdi.
- Oyundan öncə və sonra ab hava necə idi? Uğurlu nəticəyə ümidlər var idi?
- Əlbəttə var idi. Oyundan qabaq hamı qazanılacaq xal və ya xalları fikirləşirdi. Komandada özünə inam hissi var idi.
- Serbiya ilə keçirilən yoxlama matçında meydanda 45 dəqiqə oynamaq şansı əldə etsən də, Norveçlə çatçda oynamadın. Bu səni həvəsdən salmır ki?
- Xeyr, belə şeylər məni həvəsdən salmır. Bu baş məşqçinin seçimidi və mənə də hörmət eləmək düşür. Söhbət məni 20 yaşımda ilk dəfə olaraq mənə güvənərək komandasına dəvət eləyən məşqçidən gedirsə, mənim həvəsdən düşməyimdən söhbət belə gedə bilməz. Öz şansımı gözləyəcəm. Özümü sübut etmək üçün əlimdən gələni edəcəm. Serbiya ilə matçda 45 dəqiqə şans verdisə, deməli Prosineçki mənə güvənir. Mənə isə özümü doğrultmaq qalır.
- Millinin Avropa çemoionatının seçmə mərhələsində 4 oyunu qalıb. Səncə bu oyunlardan maksimum neçə xalnan ayrılmaq olar?
- Öz oyunumuza inanırıq. Hər bir oyundan xal ilə ayrılacaq gücdəyik. Şəxsi fikrimcə, daha 6-7 xal toplaya bilərik.
- Millidə “Qarabağ”ın oyunçuları üstünlük təşkil edir. Sən də “Qarabağ”ın yeni transferi kimi yaxın gələcəkdə millinin əsas heyətində olacağını düşünürsən?
- Hər şey özümdən asılıdı. Öncə “Qarabağ”da öz yerimi tapmalıyam. Sonra isə millidə əsas heyətə düşmək barədə danışmaq olar. Əsas odur ki, rəqabətdən qorxmuram. Meydana çıxanda həyəcanlanmıram. Serbiya ilə matçda öz oyunumla göstərmək istədim ki, komandaya köməkliyim dəyə bilər.
- Əsas milli ilə təlim-məşq və çətin oyundan sonra U-21-in təlim-məşqinə qatıldın. Bu səni yormur ki?
- Açığı üzərimdə geridə qalan mövsümün yorğunluğu var. İstirahətə vaxt olmayıb digər futbolçular kimi. Ancaq əsad odur ki, hər iki milliyədə xeyir verə bilim. İstirahətə isə vaxt olacaq.
- U-21-lə əsas millinin təlim-məşq toplanışında nə kimi fərqlər görürsən? Şəxsi düşüncən necədi?
- Heç bir böyük fərq yoxdu. U-21-də də məşqlər axarınca gedir. Baş məşqçimiz bizə güvənir. Hər söhbətində bunu bildirir. Biz də komanda olaraq bunu meydanda sübüt etməliyik.
Orxan Həsənquliyev
saytlarin hazirlanmasi