Elxan Məmmədovun daha bir uğursuzluğu
Klublarda əcnəbi idman direktorları ilə bağlı layihənin uğursuz olduğuna dair fikirlərimizi bildirmişik. Və bu mövzuda aldığımız hər yeni xəbər bu layihənin ideya müəllifi Elxan Məmmədovun 3,5 milyon manatı necə havaya sovurduğunu daha qabarıq göstərir.
Mövsüm başa çatan kimi “Neftçi”nin hollandiyalı idman direktorunun işindən ayrılacağı ilə bağlı xəbər vermişdik. Sportal.az-ın əldə etdiyi məlumata görə, AFFA tərəfindən “Neftçi”yə gətirilən Yan Versleijen gördüklərindən bezərək Azərbaycanı tərk etmək qərarına gəlib. Məsələ burasındadır ki, hollandiyalı idman direktoru “Neftçi”də uşaq futboluna önəm verilmədiyini görüb. Uşaqlara yaradılan şərait onu məmnun etməyib və bu şəraitdə işləməkdənsə, işləməməyə üstünlük verib. Uğursuzluğunu etiraf etməkdən başqa çarəsi qalmayan Elxan Məmmədov isə onun vəzifəsini Vəli Qasımova tapşırıb.
Qeyd edək ki, AFFA tərəfindən klublara təyin olunan əcnəbi idman direktorları ilə bağlı layihə uğursuzluğa düçar oldu. “İnter” və “Rəvan”ın idman direktorları qovuldu, “Neftçi” və AZAL-ın əcnəbiləri getmək qərarına gəldi, “Simurq” və “Xəzər Lənkəran” klublarında isə bu layihə baş tutmadı.
saytlarin hazirlanmasi