Səpələnmişlər səbətində yer alacaq
Bu gün Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə ilk 2 təsnifat mərhələsinin cütləri müəyyənləşib.
Son mövsümün çempionu "Qarabağ" Çernoqoriya təmsilçisi "Rudar"la qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.