"Neftçi"yə "yox" deyib, "Qarabağ"ı seçən futbolçu: "Artıq qərarımı vermişdim"

13:33 - 22 İyun 2015

Vüqar Mustafayev: "Əsas heyətə düşmək çətin olacaq"
 
"Qrupda növbət oyunlara daha həvəslə çıxmaq üçün Farer Adaları ilə oyunda qalib gəlmək üçün çox vacib idi. Düzdür, heyətimizdə zədəli futbolçular var idi, ancaq buna baxmayaraq qələbə qazandıq və qrupda ilk oyunumuza qələbə ilə başladıq. Bu oyunda hamı yaxşı oynadı, qələbə üçün əlimizdn gələni etdik".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın yeni transferi və 21 yaşlılarımızdan ibarət milli komandamızın üzvü Vüqar Mustafayev bildirib. Mustafayev artıq yeni komandasının düşərgəsinə qatıldığını da bildirib:
 
"Şükürlər olsun, hər şey yaxşıdır. Mən və komandamızın digər yeni transferi Azər Salahlı ayın 19-da Avstriyadakı təlim-məşq toplanışına qoşulduq. Bir gün istirahətdən sonra, dünən "Qarabağ"la ilk məşqimizə çıxdıq".
 
Mustafayev transfer olduğu mövqedə güclü futbolçular olmasından və rəqabətdən də danışdı:

"Rəqabət aparmaqdan qorxmuram. Ümumiyyətlə, rəqabətdən çəkinən futbolçu gərək futbol oynamasın.Razıyam ki, çıxış etdiyim mövqedə güclü futbolçular var və əsas heyətə düşmək çətin olacaq. Ancaq mən də əlimdən gələni edəcəm ki, əsas heyətə düşüm".
 
Vüqar "Neftçi"dən təklif almasına da baxmayaraq, "Qarabağ"ı seçməsinə də aydınlıq gətirib:

"Mənə ilk təklif "Qarabağ"dan gəlimişdi, artıq digər komandalardan təklif gələndə artıq qərarımı vermişdim".

Xəbər xətti