"Qarabağ"a qayıdan futbolçu: "Tərlan Əhmədov məni AZAL-da saxlamaq istəyirdi"

14:18 - 22 İyun 2015

Eltun Yaqublu: "Bu barədə "Qarabağ"la danışacaqlarını da bildirmişdi"
 
Məlum olduğu kimi, "Qarabağ"ın icarə əssında AZAL-da çıxış edən futbolçusu Eltun Yaqublu icarə müddətinin müddəti başa çatdığı üçün komandasına geri dönərək Avstriyadakı təlim-məqş toplanışına yollanıb.
 
AZAL-dan ayrılması və yenidən "Qarabağ"a qayıtması haqda gənc müdafiəçi Sportal.az-a açıqlamasında münasibət bildirib:

"Ötən mövsümü icarə əsasında AZAL-da keçirdim. Fikrimcə, Tərlan Əhmədovun rəhbərliyi altında yaxşı çıxış etdim. Baş məşqçi ilə də söhbətim oldu, məni komandada saxlamaq istəyirdi, amma icarə əsasında yox, sərbəst futbolçu kimi. Bu barədə "Qarabağ"la danışacaqlarını da bildirmişdi. AZAL-a getməmişdən əvvəl 2 il yarım "Qarabağ"da oynamışdım, məsləhət elə oldu ki, yenidən komandama geri qayıdım.Hazırda təlim-məşq toplanışındayam, məşqlərimiz davam edir".

Xəbər xətti