"Qarabağ"ın rəqibini yaxından tanıyaq

15:26 - 22 İyun 2015

Heyətində cəmi 5 legioner var

 

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" Çernoqoriyanın "Rudar" komandası ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, 1920-ci ildə yaranan "Rudar" Plyevlya şəhərinin təmsilçisidir. İlk yarandığı vaxt adı "Brejnik" adlanan klub 3 il sonra adını dəyişərək "Sandjak" adı ilə çıxış etməyə başlayıb. 1955-ci ildə isə klub hazırkı "Rudar" adını götürüb. 2006-cı ildə qurulan Çernoqoriya 1-ci liqasında mübarizəyə qoşulan "Rudar" ilk mövsümü 2-ci yerdə bitirib. 2007-2008, 2008-2009 mövsümünü isə beşinci sırada tamamlayıb. 2009-2010 mövsümündə isə həm çempionluq həm də kubok sevinci yaşayıb. Son mövsümdə də ölkə çempionluğunu əldə edib. 5 avrokubok mövsümündə çıxış etmiş komanda cəmi 2 dəfə tur keçə bilib. "Rudar"ın dəyəri 2,63 milyon avrodur. "Qarabağ" ın isə, 11,53 milyon avro dəyəri olduğunu xatırladaq.

 

Qeyd edək ki, heyətində 3 yapon, 2 serb legioner var.

 

"Rudar" ev oyunlarını 10.000 nəfərlik "Qradski" stadionunda keçirir

Xəbər xətti