"Şanslara gəlincə, hələlik bərabərdir"
Ölkəmizi Çempionlar Liqasının II təsnifat mərhələsində təmsil edəcək "Qarabağ" Çernoqoriya çempionu "Rudar"la qarşılaşacaq.
"Rudar"ın futbolçusu Marko Vukoviç püşkü Sportal.az-a dəyərləndirib:
"Püşkdən razı qaldıq, "Qarabağ" bizim üçün münasib rəqibdir. Hazırda da təlim-məşq toplanışındayıq və bu gündən "Qarabağ"ın oyunlarını izləyib hazırlığımızı buna görə davam etdirəcəyik.
"Qarabağ"ın ötən mövsüm Avroliqanın qrup mərhələsində oynadığından xəbərim var. Komanda haqqında məlumata sahibəm, bilirəm ki, çətin rəqibdir, ağıllı oyunu ilə seçilir. "Qarabağ"ın adı bizdən güclü səslənə bilər, amma biz zəif deyilik. Şanslara gəlincə, hələlik bərabərdir. Kim yaxşı hazırlaşıb qalib gəlsə, o da növbəti mərhələyə yüksələcək".
saytlarin hazirlanmasi