"Çempionatın bürünc mükafatçısı güclü komanda olmalıdır"
Bu gün UEFA Çempionlar Liqasının və Avropa Liqasının püşkü atılıb. Avrokuboklarda iştirak edəcək komandalarımızın rəqibləri məlum olub.
Sportal.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı “Qəbələ” Gürcüstanın “Dinamo" Tbilisi klubuna rəqib olub.
Püşklə bağlı Tbilisi klubunun baş məşqçisi Gia Geguçadze fikirlərini bildirib. Sportal.az-a açıqlama verən gürcü mütəxəssis “Qəbələ”ni yaxından tanımadığını deyib:
“Rəqibimiz haqda çox da məlumatım yoxdur. Bildiyim odur ki, “Qəbələ” mövsümü 3-cü pillədə bitirib. Nəzərə alsaq ki, son illər Azərbaycanda futbolun səviyyəsi yüksəlib, təbii ki, çempionatın bürünc mükafatçısı güclü komanda olmalıdır. O faktı da nəzərə almaq lazımdır ki, "Qəbələ" "Neftçi"ni qabaqlaya bilibsə, bu da onun səviyyəsindən xəbər verir. İyulun 2-nə kimi vaxtımız var və rəqibimizi yaxşı təhlil edəcəyik.”
saytlarin hazirlanmasi