"İlk oyunun harda keçirilməsinin fərqi yoxdur"
Ölkəmizi Avroliqada təmsil edəcək "Qəbələ" II təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə qarşılaşacaq.
Əyalət təmsilçisinin təcrübəli yarımmüdafiəçisi Rəşad Sadiqov püşkü Sportal.az-a dəyərləndirib:
"Rəqib haqda onu deyə bilərəm ki, Avroliqada asan rəqib olmur. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. İlk oyunun harda keçirilməsinin fərqi yoxdur. Kim hazırdısa, o da mərhələ adlayır. Mərhələ keçmək üçün vuruşacağıq və çalışacağıq növbəti mərhələyə vəsiqə qazanaq"
saytlarin hazirlanmasi