Ayın 26-dan sonra...
Xəbər verdiyimiz kimi, "Simurq"un qolkperi Amil Ağacanov karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Premyer Liqada 9 oyunluq cəza səbəbindən legioner həyatı yaşamaq istəyən Ağacanov Türkiyə PTT-1-ci liqasında çıxış edən klublardan birinə transfer olunmağa yaxındır. Belə ki, klubun adı hələlik bəlli olmasa da, həmin klubda bu ayın 26-sı keçiriləcək daxili iclasdan sonra hər şeyə aydınlıq gələcək.
Qeyd edək ki, "Simurq"un vəziyyəti düzələcəyi halda Amilin buradada qalmaq ehtimalı var.
saytlarin hazirlanmasi