Vaqif Cavadovun "Neftçi"yə yolunu kim kəsib? ÖZƏL

11:34 - 24 İyun 2015

Onun transferinə qəti etiraz edib

 

Türkiyənin “Boluspor” klubundan ayrılan Vaqif Cavadov qarşıdakı mövsüm “Xəzər Lənkəran”ın şərəfini qoruyacaq. Lənkəran klubunun çalışdırıcısı Yunis Hüseynovun bu futbolçuya ümidləri böyükdür. Onunla 1 illik müqavilə imzalanıb.

 

Bu arada Sportal.az çox maraqlı məlumat əldə edib. Belə ki, Vaqif Cavadov “Neftçi”yə keçə bilərmiş. Etibarlı mənbənin verdiyi məlumata görə, “Neftçi”də klub daxili iclasda Vaqif Cavadovun transfer olunması ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Klub rəsmiləri Cavadovun transferinə yaxşı baxdıqlarını deyiblər. Lakin “Neftçi”nin idman direktoru Vəli Qasımov israrla bu transferə qarşı çıxıb. O, deyib ki, Vaqif indi “Neftçi”yə kömək edəcək gücdə deyil.

 

Mövzu o qədər uzanıb ki, klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev Vəli Qasımov başda olmaqla, idarəçilərdən “Neftçi”nin Avroliqada ən azı iki mərhələ keçəcəyi ilə bağlı təminat istəyib və onu əmin ediblər ki, iki mərhələ ciddi problem deyil. İclasın sonunda Vaqif Cavadovun məsələsinə də nöqtə qoyulub, “Neftçi” onun transferindən vaz keçib.  

Xəbər xətti