Nuru Əliyev, Hacı İbrahim Nehrəmli və başqaları
Avropa Oyunları ilə dünyaya səs salan Azərbaycanın idman sahəsinin bir üzü gülürsə, bir tərəfi qan ağlayır. Gedişat heç də ürəkaçan deyil. Güclə hay-küysüz başa çatan ölkə Premyer Liqasının yeni mövsümü necə olacaq? Bax, bu müəmmadır. Monoton bir çempionat izləməsək,yaxşıdı.
Təbii ki, bunun üçün kifayət qədər əsas da var. “İnter”, “Simurq” və iddia edilənlərə inansaq, AZAL-da da vəziyyət heç də ürəkaçan deyil. Hələki “Neftçi”nin nə ilə yadda qalacağı da bilinmir. Cahangir Hacıyevin istefaya göndərilməsindən sonra “ailə başçısını itirmiş” hala düşən "İnter" və "Simurq" qonum-qonşudan pay umacaq dərəcəsindədir. Gözlərini AFFA-nın futbolun inkişafı üçün ayıracağı məbləğə dikib. Klubdan gedən, amma pullarını ala bilməyənlərin şikayəti isə başağrısı olacaq sanki. Üstəlik, anlamadığım bir şey də var. 3-4 ay maaş ödəyə bilməyən "İnter" heyətinə yeni futbolçular qatır. Hansı pulla? Böyük ehtimalla AFFA-dan gələcək məbləği gözləyirlər. Ən pis halda şikayət edən futbolçulara həmin pulu ödəyib, vəziyyətdən çıxacaqlar. Bəs, Avropa Liqası? Görünən odur ki, bizim futbolumuzu heç də yaxşı günlər gözləmir.
Bütün bunların müəmması bir yana, bu günlərdə bir istefa isə vəziyyətin necə acınacaqlı olduğunu bir daha sərgiləmiş oldu. "Rəvan”-nın U-19 komandasında baş məşqçisi , AFFA-nın təşkil etdiyi U-19 Liqasının 2014/15 mövsümünün çempionu olan kollektivə rəhbərlik edən Fizuli Məmmədov paytaxt klubundan getdi. O komandadan ki, 2015/16 mövsümündə ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək. Səbəb nə olub? Burda ikinci bir səbəb axtarmağa dəyməz. Nuru Əliyevin klubunda neçə aylardır maaşlar ödənmir. Futbolu haqlı olaraq biznes düşünən klub prezidentləri səriştəsizlikləri ucbatındanAzərbaycan futbolunu uçuruma aparırlar. AFFA-nın uşaq futbolu üçün ayırdığı pulu mənimsəməklə gündəmdən düşməyən “Rəvan”ın durumu gün kimi aydındır. Hələ Premyer Liqaya gəlmək istəyirdilər. Vallah, ayıbdı. Hansı üzlə? Bu gün komandanı tarixində ilk dəfə Çempionlar Liqasına aparan baş məşqçi istefa verirsə, onda siz Premyer Liqa komandasına necə sahib çıxacaqdınız? Birinci divizionda gün keçirməyiniz üçün fiRəvan vaxtınızın qədrini bilin.
Çempionlar Liqası demişkən, bəh-bəhlə sinəsinə döyən, mənəm-mənəmliyi ilə sanki Azərbaycan futzalının üzünü güldürmək istəyən, hələ biraz da coşub futbol komandası yaratmaq istəyinə düşən “Xəzər Adaları”nı da gözardı etmək olmaz. Hacı İbrahim Nehrəmlinin komandası çempion oldu, baş məşqçisi istefa verdi. Maaşlardaödənilmirdi. Elnur Qəmbərovu az qala dilənçi kökünə salan, futzalçıların qarşısında çıxılmaz vəziyyətdə qoyan “Xəzər Adaları” rəhbərliyi bu gün hansı peşəkarlıqdan danışa bilər? Cənablar, ən yaxşısı gedin işinizlə məşğul olun. Kiminsə klubu var deyə,ondan geri qalmamaq üçün komanda yaratmaq sevdasına qapılmayın. Həm özünüzü, həm də ölkəmizi biabır etməyin.
İlkin Baba
saytlarin hazirlanmasi